“Məzun evi” Sosial Müəssisəsində yaşayan sakinlər üçün “açıq qapı” günü təşkil olunub

16 sentyabr 2021

Paylaş:

Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının “Valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yaşayış şəraitinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi” bəndinə əsasən, 16 sentyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Regional İnkişaf İctimai Birliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Sosial Xidmət Agentliyinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsində yaşayan sakinlərin iştirakı ilə “açıq qapı” günü təşkil olunub.
 
Görüş zamanı Komitəyə və müvafiq qurumlara olan müraciətlər dinlənilib, məsələlərin həlli istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.