“Uşaq Hüquqları” hakatonu keçiriləcək

15 avqust 2021

Paylaş:

20-21 Noyabr 2021-ci il tarixlərində Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Uşaq Hüquqları” hakatonu keçiriləcək.
Hakatonun keçirilməsində məqsəd uşaq hüquqları ilə bağlı maarifləndirmə, bu sahədə mövcud problemlərin innovativ yollarla həllini təşviq etmək, həmçinin hakaton iştirakçılarına komandada işləyərək son texnologiyalar və yenilikləri sınaqdan keçirmək imkanı yaratmaqdır.
Iştirakçılar 24 saat ərzində bu sahədə mövcud problemlərin həllinə yönəlmiş innovativ yolları tapmağa çalışacaqlar. Hər biri 4 nəfərdən ibarət olacaq komandalar verilən müddət ərzində mentorların dəstəyi ilə ideyalarını layihə şəklində formalaşdıracaqlar.
Hakaton mövzuları:
▪️Təhsil hüququ
▪️Sağlamlıq hüququ
▪️Zorakılıqdan müdafiə hüququ
▪️Ailədə yaşamaq və tərbiyə almaq hüququ
Kimlər iştirakçı ola bilər?
Uşaq hüquqları haqqında məlumatlı, innovativ düşüncəli, təşəbbüskar, komanda ilə işləməyi bacaran, motivasiyalı 10-16 yaşlı uşaqlar/məktəblilər hakatonda iştiraka dəvətlidir.
3 qalib komandaya təqdim ediləcək mükafatlar:
1-ci yer - kompüter
2-ci yer - planşet
3-cü yer - ağıllı saat
Son qeydiyyat tarixi: 15 sentyabr 2021