Məişət zorakılığı ilə bağlı Tvinninq layihəsi çərçivəsində növbəti görüş keçirildi

10 avqust 2021

Paylaş:

10 avqust 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində ekspertlərlə növbəti görüş baş tutub.

Görüş zamanı 9-13 avqust tarixlərində Bakıda səfərdə olan layihə üzrə bir qrup litvalı ekspertlərin iştirakı ilə məişət zorakılığı mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə Avropa Birliyi ölkələrinin Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsində məişət zorakılığı ilə bağlı istintaq və cinayət təqibinin əks olunmasına dair nümunələr qeyd olunub.

İclasda Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdirinin səlahiyyətlərini icra edən Fərid Ədilov, Hüquqi təminat şöbəsinin əməkdaşı Rahil Süleymanzadə, Qadın Problemləri və gender məsələləri şöbəsinin əməkdaşı Sədaqət Rəhimova, Tvinninq layihəsi tərəfindən isə Litvanın Baş Prokurorluğunda şöbə rəhbəri Arunas Meska, Vilnüs Universitetinin Hüquq fakültəsinin professoru Jurgita Pauzaite-Kulvinskiene, Vilnüs Universitetinin Hüquq fakültəsinin professoru Dovile Puraite və kriminologiya üzrə ekspert  İlona Michailovich iştirak edib.