İcma Resurs Mərkəzlərində “Effektiv ünsiyyət bacarıqları” mövzusunda təlimlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə layihəsi çərçivəsində Füzuli-Horadiz İcma Resurs Mərkəzində yerli icra hakimiyyəti, kənd icra nümayəndələri və bələdiyyə üzvlərinin bilik və bacarıqlarının artırılması məqsədilə onlar üçün “Effektiv ünsiyyət bacarıqları” mövzusunda təlimlər keçirilib.
Təlimlərdə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, Füzuli rayon icra hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova və BMT-nin İnkişaf Proqramının layihə rəhbəri Fəridə Əmirova çıxış edərək, dövlət strukturu nümayəndələri üçün bu cür təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Təlimlər Ağcabədi və Tərtərdə də davam etdirilib.