“Ümumdünya ana südü ilə qidalandırma həftəsi” çərçivəsində geniş maarifləndirmə tədbirləri keçirildi

9 avqust 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1-7 avqust “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” çərçivəsində maarifləndirici tədbirlər regionlarda da davam edib.
 
Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri və 13 İcma Resurs Mərkəzlərinin fəaliyyət göstərdiyi rayonlarda yerləşən tibb müəssisələrində, ictimai yerlərdə gənc qızlar və ana olmağa hazırlaşan qadınlar arasında Komitə tərəfindən hazırlanmış müxtəlif maarifləndirici materiallar paylanılıb.
 
Maarifləndirmə materiallarında ana südünün uşaqlar və ananın sağlamlığı üçün faydaları, südün tərkibindəki maddələrin uşaqların fiziki və zehni inkişafına təsiri haqqında faydalı məlumatlar öz əksini tapıb.