İcma Resurs Mərkəzlərində görüşlər keçirilir

5 avqust 2021

Paylaş:

5 avqust 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Füzuli, Horadiz, Ağcabədi İcma Resurs Mərkəzlərində görüşləri keçirilib.
 
Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya və BMT-nin İnkişaf Proqramının layihə rəhbəri Fəridə Əmirovanın iştirakı ilə keçirilən görüşlərin məqsədi müharibənin nəticələrindən əziyyət çəkmiş əhaliyə  psixososial dəstək işinin həyata keçirilməsi, eyni zamanda həmin regionlarda məişət zorakılığı, gender və uşaqlara qarşı zorakılıq, erkən nikah və digər halların qarşısının alınmasında resurs mərkəzlərinin aktiv iştirakının təmin edilməsidir. Eyni zamanda Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təcrübəsindən yararlanaraq resurs mərkəzlərinin də fəaliyyətinin bu istiqamətdə gücləndirilməsi və genişləndirilməsi də məqsədlər sırasındadır.
 
Qeyd edək ki, görüşlər bu gün Tərtər rayonunda davam edib.