Könüllülərin maariflənməsi istiqamətində təlimlər davam edir

4 avqust 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 4 avqust 2021-ci il tarixində növbəti könüllü qrupu üçün maarifləndirici təlim təşkil edib.

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən təlimi giriş sözü ilə açan Komitənin Kadr və kargüzarlıq şöbəsinin müdir müavini Sevinc Bilalova ailə, qadın və uşaq məsələlərini əhatə edən dövlət proqramları, qanunvericilik aktları və həyata keçirilən layihələr barədə məlumat verib.

Daha sonra Ailə problemləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva təqdimatla çıxış edərək, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, erkən nikah, selektiv abortlar və onun fəsadları, eyni zamanda bu istiqamətdə dünya təcrübəsi haqqında iştirakçıları məlumatlandırıb. 

Təlimin yekununda könüllüləri maraqlandıran suallar cavablandırılıb.