Sosial şəbəkələrdə Suraxanı rayonunda bir qadının azyaşlı uşağının gözü qarşısında narkotik vasitələrdən istifadə etməsi ilə bağlı fakt yerində araşdırıldı.
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciəti əsasında, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları, rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri və “Ümidli Gələcək” Sosial Təşəbbüslər Birliyinin nümayəndələri ilə birgə ünvana baxış keçirilib.
Araşdırma zamanı azyaşlının ata və anasının tüfeyli həyat tərzi keçirdikləri müəyyən edilib və narkotik maddələrdən istifadə etdikləri şübhə doğurduğundan polis bölməsinə dəvət ediliblər.
İlkin araşdırmalardan sonra vəziyyətlə bağlı akt tərtib olunub, mənzildə olan azyaşlı uşaq sığınacağına yerləşdirilib.
Dövlət Komitəsi məsələni nəzarətdə saxlayır və aidiyyəti qurumlarla birgə uşağın hüquqlarının təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcəkdir.