“Postmüharibə dövründə uşaq və ailələrə psixo-sosial dəstək” layihəsi yay tətili günlərində də davam etdirilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Ağdam rayon İmamqulubəyli qəsəbəsində yaşayan qazi və şəhid ailələri də daxil olmaqla qəsəbənin məktəblilərini əhatə edən “Postmüharibə dövründə uşaq və ailələrə psixo-sosial dəstək” layihəsi uşaqların yay tətili günlərinin maraqlı və səmərəli keçməsinə kömək edir.
Valideynlərin istəyi ilə layihəyə qoşulan uşaqların sayı gündən-günə artır. Yay tətili günlərində uşaqlar psixo-sosial yönümlü məşğələlərlə yanaşı, idman və intellektual yarışmalarda da iştirak edir, yarış qaliblərinə həvəsləndirici hədiyyələr təqdim edilir. Bundan əlavə, uşaqlarla inteqrasiyalı oyunlar, rəsm, mahnı məşğələləri, hekayə saatları keçirilir.