İyulun 11-i Ümumdünya Əhali Günüdür

11 iyul 2021

Paylaş:

Bu əlamətdar gün 1989-cu ildə BMT-nin Əhali Fondu tərəfindən təsis edilib və ilk dəfə 1990-cı ildə 90-dan artıq ölkədə qeyd olunub.

Məqsəd ailə planlamasının əhəmiyyəti, reproduktiv sağlamlıq, yoxsulluq, qadın sağlamlığı, gender bərabərliyi, erkən nikahlar və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.

Dünya Əhali Günü 2005-ci ildən etibarən Azərbaycanda geniş şəkildə qeyd edilir. Azərbaycanda MDB məkanında ilk dəfə olaraq elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq edilib.

Hər il bir deviz altında qeyd edilən bu günün cari il üçün mövzusu “Seçim hüququ – bizim cavabımızdır” müəyyən edilib. Pandemiya ailə planlanması, doğuşların sayı, reproduktiv sağlamlıq məsələlərinə öz təsirini göstərməkdədir. Bununla yanaşı doğuş nisbətinin artmasından və ya azalmasından asılı olmayaraq, bütün demoqrafik problemlərin yeganə həlli hamı üçün bərabər reproduktiv hüquqların və sağlamlığın təmin edilməsidir.