Vətəndaşların onlayn qəbulu keçirildi

30 iyun 2021

Paylaş:

30 iyun 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva vətəndaşların onlayn formatda qəbulunu keçirib.

Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunan qəbulda sağlamlıq imkanları məhdud uşaqların müayinə və müalicəsi, əlilliyi olan şəxslərin ehtiyacı olan ləvazimatlarla təmin olunmaları, atalığın müəyyən edilməsi və digər vacib məsələlər ilə bağlı ərizə, təklif və müraciətlərə baxılıb.

Qəbulda vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılması və aidiyyəti üzrə tədbirlər görülməsi istiqamətində tapşırıqlar verilib.