“Sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərin, narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri” mövzusunda tədbirlər davam edir

29 iyun 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində “Sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərin, narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri” mövzusunda keçirilən növbəti tədbir Salyan rayonunda yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunub.  Salyan rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi ilə keçirilən tədbirdə gənclər və yeniyetmələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan Salyan RİH-in aparacı məsləhətçisi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Sevinc Səmədova iştirakçıları salamlayaraq, mövzunun əhəmiyyətindən bəhs edib.

Komitənin Ailə problemləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli yeniyetmə və gənclərin sağlam nəsil kimi formalaşması istiqamətində mütəmadi olaraq həyata keçirilən maarifləndirmə işlərindən, sağlam həyat tərzinin vacibliyindən, narkomaniyanın insan sağlamlığına mənfi təsirlərindən bəhs edib.

Daha sonra Səhiyyə Nazirliyinin İctimai-Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova sağlam həyat tərzinin əsas amillərindən, ziyanlı vərdişlərdən danışaraq, sağlamlığın qorunması ilə bağlı geniş məlumat verib.

Yekunda gəncləri maraqlandıran sualllar cavablandırılıb və “Qan qohumları arasında nikah və onun fəsadları”, “Sağlam həyat tərzi naminə erkən nikaha yox deyək” adlı maarifləndirmə materialları paylanılıb.

Tədbir koronavirus (COVİD -19) pandemiyası dövründə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq keçirilib.