26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı onlayn tədbir keçirilib

25 iyun 2021

Paylaş:

Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində sağlam həyat tərzinin təbliği məqsədilə keçirilən tədbirlərin davamı olaraq 24 iyun 2021-ci il tarixində 5 saylı “ASAN” Xidmət Mərkəzi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi könüllülərinin iştirakı ilə növbəti onlayn görüş keçirilib.       

“Narkotiksiz Həyat” mövzusunda keçirilən görüşdə Komitənin Ailə problemləri şöbəsinin baş məsləhətçisi Nailə İbrahimova yeniyetmə və gənclərin sağlam nəsil kimi formalaşması istiqamətində mütəmadi olaraq həyata keçirilən maarifləndirmə işlərindən, sağlam həyat tərzinin vacibliyindən, narkomaniyanın insan sağlamlığına mənfi təsirlərindən bəhs edib.

Daha sonra Səhiyyə Nazirliyinin İctimai-Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Ülkər Camalova sağlam həyat tərzinin əsas amillərindən, ziyanlı vərdişlərdən  danışıb və sağlamlığın qorunması ilə bağlı geniş məlumat verib.

Tədbirin sonunda mövzuya dair maarifləndirici video-material nümayiş etdirilib.