“Selektiv abort və reproduktiv sağlamlıq” mövzusunda təlim keçirilib

17 iyun 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) əməkdaşlığı ilə 2020-ci ildən həyata keçirilən “Göyçay rayonunda qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsi və Qadın Resurs Mərkəzinin yaradılması” layihəsi çərçivəsində yaradılmış Göyçay rayon Qadın Resurs Mərkəzi tərəfindən qadınlar və gənc qızlar üçün 17 iyun 2021-ci il tarixində “Selektiv abort və reproduktiv sağlamlıq” mövzusunda görüş təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Göyçay rayon Qadın Resurs Mərkəzinin rəhbəri Vüsalə Məmmədova mövzunun vacibliyini vurğulayaraq, belə tədbirlərin mütəmadi keçirilməsinə ehtiyac olduğunu bildirib. Rayon Bioloji-Təbabət Klinikasının mama-ginekoloqu Jalə Əfəndiyeva çıxış edərək, mözvu ilə əlaqədar məlumatları diqqətə çatdırıb.

Görüş zamanı iştirakçılara selektiv abortların fəsadları, reproduktiv sağlamlığın qorunması yolları, gigiyenik normalar haqqında məlumat verilib.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və “Reproduktiv sağlamlığın aspektləri” adlı buklet paylanılıb.