Dövlət Komitəsinin Apellyasiya Şurasının iclası keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının 22 iyun 2021-ci il tarixli iclasında Günay Əliyeva və Mübarək Kərimovun şikayətlərinə baxılıb. İclasda “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 1.7-ci bəndinə əsasən Dövlət Komitəsində dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilmiş müsahibələrin nəticəsindən verdikləri şikayətlərə onların iştirakı ilə baxılıb.
İclasda şikayətçilərin müraciətləri ilə bağlı toplanmış dəlillər aidiyyəti şəxslərlə müzakirə edilib. İclasın yekununda müsahibə komissiyasının 19.05, 20.05 2021-ci il tarixli qərarlarının qüvvədə saxlanılması və namizədlərin şikayətlərinin təmin olunmaması qərara alınıb.