Avropanın Gənclər Paytaxtı Gəncədə “Qadınlar zirvədə” adlı görüş keçirilib.

7 may 2016

Paylaş:

5 may 2016-cı il tarixində Gəncə şəhərində “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində “Qadınlar zirvədə” adlı görüş keçirilib. Görüşdə əsas diqqət gender bərabərliyinə yönəlib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Pərvin Kərimzadə, Avropa Gənclər Forumunun idarə heyətinin üzvü Lora Lyubenova, Avropa Gənclər Forumunun üzv təşkilatlarının beynəlxalq ekspertləri və digər dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.

Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək qeyd edib: “Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti, o cümlədən gender müəyyənləşməsinin sosial- iqtisadi islahatlarla uzlaşması çox böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən ölkədə qender siyasətinin gücləndirilməsi kursuna sadiq qalaraq respublikamızda ən ağır böhran dövründə belə Azərbaycanda heç bir sosial yönümlü dövlət proqramının həyata keçirilməsi dayandırılmayıb. Vətəndaşlar qarşısında götürülən bütün öhdəliklər yerinə yetirilir. Ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da gender siyasətinin təbliğ olunmasındakı böyük rolunu da xüsusi vurğulamaq lazımdır. Onun ictimai fəaliyyəti nəticəsində reallaşdırılan əksər layihələrdə gender komponenti ana xətt kimi keçir. Bunun ölkə qadınlarına böyük dəstək olmağı danılmaz faktdır”.

“Əgər ölkəmizdə ilk bələdiyyə seçkisində qadınlar 4 faiz təşkil edirdisə, aparılan iş sahəsində növbəti seçkidə bu rəqəm 26,7 faizə, sonuncu seçkidə isə 35 faizə yüksəlib”, – deyən Komitə sədri Hicran Hüseynova respublikamızda qadınların bu gün yüksək vəzifələrdə təmsil olunmasından, onların rayon icra strukturlarındakı təmsilçiliyindən də söz açıb. Əlavə edib ki, Azərbaycanda 200-dən çox qadın təşkilatı fəaliyyət göstərir. Qeyd olunub ki, hazırda qadınların biznes sahəsində uğur qazanm ası üçün tədbirlər görülür. Bunun üçün regionlarda xüsusi resurs mərkəzləri yaradılıb. Artıq ölkədə qadın sahibkarların sayı 20 faizə çatıb.

“Gender bərabərliyi hər zaman dövlətin diqqətindədir” – deyən Milli Məclisin deputatı Pərvin Kərimzadə isə bildirib ki, Azərbaycan qadını beynəlxalq aləmdə də öz sözünü deyir. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm iş aparır. P.Kərimzadə “Xocalıya ədalət” kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliye vanın rəhbərliyi ilə görülən işləri də xüsusi vurğulayıb.

Avropa Gənclər Forumunun İdarə heyətinin üzvü Lora Lyubanova qadın məsələlərində gənc qızların iştirakını, onların fəallığının artırılmasını vacib sayıb.

“Biz qadınlar gələcək nəslin necə yaşamasını müəyyənləşdiririk”, – deyən Böyük Britaniyanın Beynəlxalq Gəncl ər təşkilatının nümayəndəsi Pegah Moulana isə gənc qızların müxtəlif sahələrdə uğurlar əldə etməsi üçün mövcud stereotipləri qırmaqla bağlı öz təcrübəsindən söhbət açıb.

Daha sonra Estoniyanın Milli Gənclər Şurasının nümayəndəsi Kristen Aiqro gender bərabərliyinin təmin olunması üçün mövcud təcrübələrdən danışıb.

Dünya Sk aut qızlar Assosiasiyasının nümayəndəsi İlmi Salminen və Avstriya Milli Gənclər Şurasının nümayəndəsi Karina Autenqruber diqqəti Avropada gender bərabərliyi sahəsində mövcud problemlərə, məişət zorakılığına yönəldiblər. Qeyd edilib ki, məişət zorakılığı bütün cəmiyyət üçün aktual problemdir və buna qarşı birgə mübarizə aparılması daha səmərəli olacaq.

Sonda ekspertlər tərəfindən iştirakçıların sualları cavablandırılıb.