“Qurtuluşdan Zəfərə doğru” adlı tədbir uşaqların iştirakı ilə “Azad Ağdama” yürüşlə davam etdirilib

15 iyun 2021

Paylaş:

Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Azad Ağdama doğru” yürüş keçirilib.  
 
Yürüşdə “Postmüharibə dövründə uşaq və ailələrə psixo-sosial dəstək”  layihəsindən bəhrələnən, Ağdamın İmamqulubəyli qəsəbəsindən olan uşaqlar, şəhid ailələri, Mərkəzin işçiləri, könüllülər iştirak edib. Yürüşün keçirilməsində məqsəd uşaqlarda vətənpərvərlik hisslərinin aşılanması, Vətən müharibəsində qazandığımız şanlı qələbənin yaddaşlarda əbədi həkk edilməsidir. 
 
Yürüşə iki istiqamətdən - Birinci Dördyol və İmamqulubəyli qəsəbəsindən üçrəngli  bayraqlar və  plakatlarla başlayan iki komanda Quzanlı qəsəbəsində görüşərək qələbə sevincini bölüşüblər.
 
Yürüş zamanı uşaqlara Milli Qurtuluş Gününün tarixi barədə danışılıb, müasir Azərbaycanın memarı Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasət nəticəsində zəfərə aparan yoldan bəhs edilərək, Vətən müharibəsi barədə ətraflı məlumatlar verilib, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, şüarlar səsləndirilib.