Dövlət Komitəsinin əməkdaşları Reabilitasiya Mərkəzində uşaqların qonağı olublar

31 may 2021

Paylaş:

Xüsusi qayğıya ehtiyacı olan və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası, ictimai həyatın bütün sahələrində bərabər imkanlara malik olması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin prioritet istiqamətlərindən biridir.
 
Hər il 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dövlət Komitəsi tərəfindən keçirilən silsilə tədbirlərin davamı olaraq, “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində  görüş keçirilib.
 
Tədbir zamanı Dövlət Komitəsinin əməkdaşları Reabilitasiya Mərkəzinin yaşayış şəraiti, göstərilən sosial və reabilitasiya yönümlü  xidmətləri ilə tanış olublar.
          
Tədbirdə uşaqlarda spektr pozuntuları və bu istiqamətdə görülən işlər, ölkə və beynəlxalq səviyyədə autizm sahəsində həyata keçirilən maarifləndirici layihələr haqqında müzakirələr keçirilib.
         
Daha sonra uşaqlar öz istedadlarını nümayiş etdiriblər.
           
Yekunda tədbir iştirakçılarına Dövlət Komitəsi tərəfindən müxtəlif bayram hədiyyələri paylanılıb.