Beynəlxalq Ailə Günü ilə bağlı keçirilən tədbirlər çərçivəsində "Yaradıcı Ailə" layihəsi həyata keçirilir

16 may 2021

Paylaş:

16 may 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 15 may - Beynəlxalq Ailə Günü ilə bağlı silsilə tədbirlər çərçivəsində "Yaradıcı Ailə" layihəsinə start verilib.
Layihənin əsas məqsədi valideyn-uşaq münasibətlərinin uğurlu tənzimlənməsinə dəstək göstərmək, onların asudə vaxtlarının birgə və səmərəli təşkilini təmin etmək, pandemiya dövründə ailə münasibətlərinin möhkəmləndirilməsinə töhfə verməkdən ibarətdir.
Tədbir zamanı Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyətindən bəhrələnən, icmada yaşayan uşaqlar valideynləri ilə birlikdə mərkəzin uşaq inkişafı üzrə mütəxəssislərinin dəstəyi ilə müxtəlif kompozisiyalar və əl işləri hazırlayıblar.
Hazırlanan kompozisiyalar uşaqlar tərəfindən ailələrinin digər üzvlərinə təqdim ediləcək.
Layihə may ayının sonunadək davam edəcək.