Vətəndaşların onlayn qəbulu keçiriləcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva 20 may 2021-ci il tarixində vətəndaşların onlayn qəbulunu keçirəcək.
Onlayn qəbul Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunacaq. Qəbulda Şəki və Oğuz rayonlarından olan vətəndaşların ərizə, təklif və müraciətlərinə baxılacaq. Qəbulun saat 11:00-dan 13:00-dək keçirilməsi nəzərdə tutulur.
Əlavə suallar yarandıqda Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinə (0242054429) və ya Komitənin Kadr və kargüzarlıq şöbəsinə (012 498 00 92) müraciət edə bilərsiniz.