"Ailədən ailəyə" dəstək kampaniyası çərçivəsində ailələr ziyarət edilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ramazan Bayramı ərəfəsində “Ailədən ailəyə” dəstək kampaniyasını davam etdirir.
İctimai həmrəyliyin, mərhəmətin və xeyirxahlıq ənənələrinin təzahürü olan AilədənAiləyə aksiyası icmada insanlar arasında münasibətlərin, bir-birinə diqqət və qayğı kimi müsbət davranışların möhkəmləndirilməsinə xidmət edir.
Aksiya 2020-ci ilin mart ayından başlayaraq, Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən həyata keçirilir.
Eyni zamanda, aksiya çərçivəsində pandemiya ilə mübarizə məqsədilə sosial məsafə və izolyasiya qaydaları ilə bağlı maarifləndirici məlumatlar ailələrə təqdim olunub.