“Gənclərin məşğulluq problemləri və onların həlli yolları” mövzusunda onlayn təlim keçirilib

4 may 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbələri üçün “Gənclərin məşğulluq problemləri və onların həlli yolları” mövzusunda onlayn təlim keçirilib.

Qeyd edək ki, təlim Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin davamı olaraq baş tutub.   

Tədbiri giriş sözü ilə açan Bakı İdarəetmə və Texnologiya Kollecinin Tədris hissə müdiri Təranə Məmmədova tələbələri salamlayaraq, tədbirin əhəmiyyətindən bəhs edib.

Daha sonra Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov  iş axtarışının düzgün aparılması, o cümlədən işaxtaran və işsiz şəxslərin, gənc ailələrin sosial müdafiəsi məqsədilə “İşə düzəlməkdə çətinlik çəkən şəxslər üçün faydalı məsləhətlər” adlı təqdimatla çıxış edib.

Yekunda mövzu ətrafında müzakirələr aparılıb və Dövlət Komitəsinin hazırladığı onlayn sorğu anketi iştirakçılara paylanılıb.

Tədbirdə 100-ə yaxın tələbə iştirak edib