Vətəndaşların onlayn qəbulu keçirildi
Paylaş:
29 aprel 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova vətəndaşların onlayn formatda qəbulunu keçirib.
Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunan qəbulda sağlamlıq imkanları məhdud uşaqların müayinə və müalicəsi onlara pensiyaların yenidən bərpa olunmasında yaranmış problemlərin həllində köməklik göstərilməsi, özünüməşğulluq məsələləri və qadın sahibkarlığının inkişafı, yaşayış şəraitinin yaxşılaşdırılması və digər vacib məsələlər ilə bağlı ərizə, təklif və müraciətlərə baxılıb.
Qəbulda vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılması və aidiyyəti üzrə tədbirlər görülməsi istiqamətində tapşırıqlar verilib.