Dövlət Komitəsi “Ailə Könüllüləri” layihəsinə start verir

27 aprel 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək verərək, “Ailə Könüllüləri” layihəsinə start vermiş və bu layihə uğurla davam etdirilməkdədir.

Layihənin həyata keçirilməsində əsas məqsəd milli-mənəvi və ailə dəyərlərimizin, sağlam həyat tərzinin, möhkəm ailə modelinin təbliği, bilik və təcrübələrin ötürülməsi yolu ilə müsbət həyat nümunələrinin və hekayələrinin insanlar arasında yayılması, həmçinin ailələrin asudə vaxtının səmərəli təşkilinə töhfə verməkdir.

Eyni zamanda yaşından və cinsindən asılı olmayaraq bütün şəxslərin yeni bilik, bacarıq və təcrübə əldə etməsi, şəxsi inkişaflarını genişləndirməsi layihənin məqsədləri sırasındadır.

Bu məqsədlə Komitə növbəti dövrdə fərdi şəxslər və ailələr üçün könüllülük proqramını elan edir.

Könüllülük fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

Namizədlər üçün tələblər:

•    İntizamlılıq;

•    Xoşrəftarlılıq;

•    Ünsiyyət bacarıqlarına sahib olmaq;

•    Operativlik;

•    Komandada işləmək bacarığı;

•    Təşkilatçılıq;

•    Təşəbbüskarlıq.

Qeyd edək ki, “Ailə Könüllüləri” sırasına qoşulmaq istəyənlər 28 aprel-20 may tarixlərində “Könüllü anketi”ni doldurub ailekonulluleri@gmail.com elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.

Könüllü psixoloqların layihəyə müraciət etməsi xüsusilə arzuolunandır.

Əlaqə nömrəsi: (+99412) 493-79-62

Fərdi şəxslər üçün könüllü anketi: 

 

Ailələr üçün könüllü anketi: