23 aprel 2021-ci il tarixdə “Ziyanlı vərdişlərin ailələrə təsiri” mövzusunda onlayn tədbir keçirilmişdir

23 aprel 2021

Paylaş:

“Ziyanlı vərdişlərin ailələrə təsiri” mövzusunda növbətionlayn tədbir 23 aprel 2021-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu 255 saylı tam orta məktəbin müəllim heyəti və valideynlərin iştirakı ilə keçirilib.

Məktəbin direktoru Mətanət Məmmədova tədbiri giriş sözü ilə açaraq tədbirin məqsədi və əhəmiyyəti barədə məlumat verib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova “Ailə, ailə dəyərləri və ənənələr” adlı təqdimatla çıxış edərək  ailə institutunun  möhkəmləndirilməsi  istiqamətində Komitə tərəfindən görülən işlər haqqında məlumat verib. O, eyni zamanda ölkəmizin Vətən müharibəsindəki şanlı zəfərindən   danışıb.

Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Nailə İbrahimova “Sağlam həyat tərzi, yoxsa ziyanlı vərdişlər? Seçim sizindir” adlı təqdimatla çıxış edərək, tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirin sonunda valideyinlər çıxış edərək, tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tədbirdən 55 nəfər iştirakçı faydalanıb.