Dövlət Komitəsinin sədr müavini vətəndaşları onlayn qəbul edəcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova 29 aprel 2021-ci il tarixində vətəndaşların onlayn qəbulunu keçirəcək.
Onlayn qəbul Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunacaq və Bərdə və Ağcabədi rayonlarından olan vətəndaşların ərizə, təklif və müraciətlərinə baxılacaq. Qəbulun saat 10:00-dan 13:00-dək keçirilməsi nəzərdə tutulur.
Əlavə suallar yarandıqda Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinə (əlaqə nömrəsi: 026 324 20 13) və ya Komitənin Kadr və kargüzarlıq şöbəsinə (əlaqə nömrəsi: 012 498 00 92) müraciət edə bilərsiniz.