“Ziyanlı vərdişlərin ailələrə təsiri” mövzusunda onlayn tədbir keçirilib

22 aprel 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində keçirilən tədbirlərin davamı olaraq, 22 aprel 2021-ci il tarixdə Astara rayon 1 saylı tam orta məktəbin müəllim-şagird heyəti və valideynlərin iştirakı ilə “Ziyanlı vərdişlərin ailələrə təsiri” mövzusunda onlayn tədbir keçirilib.

Məktəbin direktoru Xədicə Əliyeva tədbiri giriş sözü ilə açaraq tədbirin məqsədi və əhəmiyyəti haqqında məlumat verib. Tədbirdə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova “Ailə, ailə dəyərləri və ənənələr” adlı təqdimatla çıxış edərək 44  günlük Vətən müharibəsinin şanlı qələbəsindən və işğaldan azad edilmiş torpaqlarımızda aparılan quruculuq işlərindən danışıb.

Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin baş məsləhətçisi Nailə İbrahimova “Sağlam həyat tərzi, yoxsa ziyanlı vərdişlər? Seçim sizindir” adlı təqdimatla çıxış edərək tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirin yekununda Astara 1 saylı məktəbin psixoloqu Elsurə Nəsirova, valideyin komitəsinin sədri İradə Tərəmazova və məktəbin şagirdi Elnur Səfərli çıxış edərək  Dövlət Komitəsinə tədbirin keçirilməsinə görə təşəkkür ediblər.

Tədbirdən 35 nəfər faydalanıb.