Qadın Resurs Mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib

14 aprel 2021

Paylaş:

14 aprel 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Salyan, Sabirabad, Biləsuvar, Neftçala, Masallı, Zaqatala, Qusar, Xaçmaz, Göyçay, Tovuz rayon, Bakı şəhəri Xəzər rayon Qadın Resurs Mərkəzi rəhbərləri ilə görüş keçirilib. Görüşdə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova, aparat rəhbəri Ceyran Rəhmətullayeva, Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya və Resurs Mərkəzlərinin rəhbərləri çıxış ediblər.  Görüş zamanı mərkəzlərin üzərinə düşən vəzifələr, qarşılaşdıqları problemlər və onların işinin təkmilləşdirilməsi ilə bağlı həyata keçiriləcək tədbirlərdən bəhs olunub.

Həmçinin mərkəzlərin fəaliyyət göstərdiyi bölgələrdə məişət zorakılığı, erkən nikah halları müzakirə edilib, gender bərabərliyinin təmin olunması, ailə dəyərlərinin qorunması, qadın məşğulluğunun artırılması, qadınların biznes bacarıqlarına yiyələnməsi ilə bağlı fikirlər dinlənilib.

Görüş zamanı bölgələr üzrə baş vermiş müxtəlif məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində mərkəzlərin rəhbərlərinə tövsiyələr verilib. Bundan əlavə gələcəkdə mərkəz əməkdaşlarının bacarıqlarının artırılması istiqamətində mütəmadi olaraq peşəkar təlimlərə cəlb olunması qərara alınıb.