Sosial işçilər və psixoloqlar üçün peşəkar inkişaf təlimi
Paylaş:
Pandemiya və fövqəladə vəziyyətlərdə uşaq hüquqlarının müdafiəsi, onların sosial-psixoloji dəstək xidmətlərinə çıxışının təmin edilməsi, cəmiyyətə reinteqrasiyası istiqamətində fəaliyyətlərin gücləndirilməsi mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla işləyən mütəxəssislərin beynəlxalq təcrübə nəzərə alınmaqla bilik və bacarıqlarının artırılması zəruridir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının birgə təşkilatçılığı ilə fövqəladə hal, xüsusi vəziyyət və pandemiya şəraitində ölkəmizdə mövcud olan qadın və uşaq sığınacaqlarında çalışan sosial işçilər və psixoloqlar üçün 19-21 aprel, 2021-ci il tarixlərində 3 günlük peşəkar inkişaf təlimi keçiriləcək.
Təlimlər bu sahədə təcrübəli olan peşəkar psixoloq və sosial işçi tərəfindən aparılacaq.
Təlimi uğurla bitirən iştirakçılar Dövlət Komitəsi və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən sertifikatla təltif ediləcək.