“QAN VERƏK, HƏYAT BƏXŞ EDƏK” aksiyası başa çatıb

14 aprel 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədilə aprelin 12-də başladılan “QAN VERƏK, HƏYAT BƏXŞ EDƏK” qanvermə aksiyası başa çatıb.

12-13 aprel tarixlərində Mərkəzi Qan Bankı və “Səbail” Peşəkar Futbol Klubunda baş tutan aksiyada 150 nəfər iştirak edib.

Qeyd edək ki, aksiya Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunan xüsusi tibb briqadasının həkim-hemotoloqlarının tam nəzarəti altında, xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq həyata keçirilib.

Bir daha vətəndaş cəmiyyəti nümayəndələrinə, Komitə yanında ictimai şuranın üzvlərinə, müxtəlif ictimai təşkilatlara, Futbol Klubu və Akademiyasının kollektivinə, Komitə əməkdaşlarına, o cümlədən, könüllülərə və fərdi şəxslərə aksiyada fəal iştirak etdikləri üçün təşəkkürümüzü bildiririk.