"Valideynlərlə övladlar arasında qarşılıqlı münasibətlər" mövzusunda tədbir keçirilib

7 aprel 2021

Paylaş:

7 aprel 2021-ci il tarixində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən "Valideynlərlə övladlar arasında qarşılıqlı münasibətlər" mövzusunda tədbir keçirilib.

Tədbir zamanı çıxış edən mərkəzin psixoloqu qeyd edib ki, valideynlə yeniyetmə arasında ən kəskin konfliktlər daha çox erkən yeniyetməlik dövrünə təsadüf edir. Bu dövr özünün praktik əhəmiyyəti, pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasında baş verən psixoloji xüsusiyyətləri ilə diqqəti cəlb edir. Valideynlər çalışmalıdır ki, bu dövrdə  uşaqlarına qarşılıqlı inam və hörmət aşılasınlar.

Daha sonra çıxış edən mütəxəssislər ailədə övladını idarə etməyə, yönləndirməyə çalışan valideynlərin övladları ilə daha çox problemlər yaşadığını qeyd ediblər. Psixoloqlar övladı ilə münasibətlərinin yaxşı olmasını arzulayan valideynlərə arada olan hörməti, güvəni qorumaq üçün övladlarını tənqid etməməyi tövsiyə ediblər.

Tədbirdə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, mərkəzin xidmətlərindən bəhrələnən valideynlər iştirak edib.

Sonda xatirə fotosu çəkilib.