“Sağlam həyat tərzi. Ziyanlı vərdişlərin insan sağlamlığına təsiri “mövzusunda onlayn tədbir keçirildi

6 aprel 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq, Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirmə tədbirlərini həyata keçirir.  Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, 6 aprel 2021-ci il tarixdə Salyan Peşə Liseyinin  tələbələri üçün “Sağlam həyat tərzi. Ziyanlı vərdişlərin insan sağlamlığına təsiri” mövzusunda onlayın tədbir keçirilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Nailə İbrahimova “Sağlam həyat tərzi, yoxsa ziyanlı vərdişlər? Seçim sizindir” adlı təqdimatla çıxış edərək,  uşaq və gənclərin sağlam nəsil kimi formalaşdırılması istiqamətində Komitə tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirləri, sağlam həyat tərzinin vacibliyi, ziyanlı vərdişlərin fəsadları haqqında məlumat verib.

Daha sonra Səhiyyə Nazirliyinin  İctimai-Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Ülkər Camalova çıxış edərək, sağlam həyat tərzinin əsas amillərindən danışıb və koronavirus pandemiyası (COVİD-19) zamanı insanların sağlamlığının qorunması yolları barədə geniş məlumat verib.

Tədbirin yekununda çıxış edən Salyan Peşə Liseyinin direktoru Razıgül Dadaşova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinin İctimai-Səhiyyə İslahatlar Mərkəzinə tədbirin keçirilməsinə görə öz təşəkkürünu bildirib.