Goranboy UADM tərəfindən “Mavi işıqla işıqlandır!“ adlı tədbir keçirilib

5 aprel 2021

Paylaş:

5 aprel 2021-ci il tarixində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “2 aprel-Ümumdünya Autizm günü”nə həsr edilmiş “Mavi işıqla işıqlandır!” adlı  tədbir  keçirilib. Tədbirdə Goranboy UADM-nin əməkdaşları və mərkəz könüllüləri iştirak ediblər.

 Tədbir çərçivəsində 100 nəfər şəhər sakininə “Autizm nədir?” adlı bukletlər paylanılıb. Görüş zamanı autizmin uşaqda özünü göstərən tipik  əlamətlərindən, onun başvermə səbəblərindən danışılıb. Mərkəzin sosial iş üzrə mütəxəssis-psixoloqu, ABA təlimi keçmiş əməkdaşı isə autist  uşaqlarla  davranış  qaydalarından  və  onların  cəmiyyətə  inteqrasiyasından danışıb, həmçinin iştirakçılar tərəfindən verilən sualları cavablandırıb.

Tədbir müzakirələrlə davam edib.