Dövlət Komitəsi Neftçala rayonunda yetkinlik yaşına çatmayana qarşı baş vermiş zorakılıq hadisəsi ilə bağlı araşdırma aparır

5 aprel 2021

Paylaş:

4 aprel 2021-ci il tarixində sosial şəbəkələrdə Neftçala rayonunun 9-cu sinif şagirdinin zorakılığa məruz qaldığı barədə məlumat yayılıb.

Hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Poroblemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal araşdırma aparılıb. Komitə əməkdaşları Neftçala rayon İcra Hakimiyyətinə  müraciət edərək ətraflı məlumat alıb və lazımi tədbirlər görülməsi istiqamətində işə başlanılıb. Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) nümayəndələri Neftçala rayon İH yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu”nun üzvləri ilə birlikdə yetkinlik yaşına çatmayanın ailəsi ilə görüşüb, onların sosial-psixoloji vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Hazırda digər dövlət qurumları ilə əlaqəli şəkildə iş aparılır və yeniyetmənin vəziyyəti nəzərə alınaraq lazımi tədbirlər görüləcək.