Dövlət Komitəsinin səhifəsi “Facebook” tərəfindən rəsmi olaraq təsdiqləndi

2 aprel 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi səhifəsi “Facebook” tərəfindən rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.

Təsdiqlənmiş səhifə (ing. verified page) mənasını bildirən mavi nişan rəsmi səhifələrin həqiqiliyinin təsdiq olunmasına görə verilir. Bu, istifadəçilərə orijinal səhifəni saxta səhifələrdən ayırd etməyə imkan yaradır.

Dövlət Komitəsinin səhifəsinin "Verified page" kimi təsdiqlənməsində göstərdiyi dəstəyə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, Dövlət Komitəsinin “Facebook” səhifəsinin hazırda 17 244 istifadəçisi var.

#DövlətKomitəsi #AQUPDK #verifiedpage #officialpage #DövlətKomitəsininrəsmisəhifəsi #FacebookAzerbaijan