Dövlət Komitəsinin sədr müavini vətəndaşları onlayn qəbul edəcək

12 mart 2021

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin mövcud pandemiya şəraitində Respublika ərazisində tətbiq edilən  karantin rejimi qaydalarına əməl edilməsilə bağlı tövsiyələrini nəzərə alaraq, vətəndaşların təhlükəsiz şəraitdə qəbulunu təmin etmək məqsədilə növbəti onlayn vətəndaş qəbulu keçiriləcək.

Qəbul 15 mart  2021-ci il tarixində, saat 10:00-dan 13:00-dək Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini  Aynur Sofiyeva tərəfindən Zaqatala Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzindən əlaqələndirilməklə baş tutacaq.

Onlayn qəbul Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunacaq  və Zaqatala, Qax və Balakən rayon rayonlarından olan  vətəndaşların ərizə, təklif və müraciətlərinə baxılacaq. 

Əlavə suallar yarandıqda Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinə (əlaqə nömrəsi: (+994 24) 225 51 88) və ya Komitənin Kadr və kargüzarlıq şöbəsinə (əlaqə nömrəsi: 012 498 00 92) müraciət edə bilərsiniz.