Əməkdar Jurnalist Qalina Mikeladze ilə evində görüş keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Əməkdar Jurnalist Qalina Mikeladze ilə evində görüş keçirib.
Komitə əməkdaşları Qalina Mikeladzeni 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıblar. Eyni zamanda Qalina Mikeladzeyə Azərbaycan qadınının misilsiz fəaliyyətini öz qələmində əks etdirdiyinə, jurnalistikanın inkişafına verdiyi töhfələrə, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirakına görə Komitə tərəfindən Fəxri Fərman təqdim edilib.
Görüşdə Qalina Mikeladze öz jurnalistlik fəaliyyəti, yazdığı kitabları, həyat yolu, zəngin iş təcrübəsi barədə məlumat verib, həmçinin gələcəkdə də öz fəaliyyətini davam etdirəcəyini bildirib. Eyni zamanda dövlət qadın siyasəti və bu istiqamətdə həyata keçirilən işlər barədə səmimi söhbət aparılıb.
Qalina Mikeladze də öz növbəsində müəllifi olduğu “Миссия женщины” adlı kitabını Şuşa şəhərində açılacaq kitabxanaya hədiyyə etmək üçün Komitəyə təqdim edib.