Valideyn-uşaq münasibətlərinin düzgün qurulması
Paylaş:
Uşaqların düzgün tərbiyəsi bütün dövrlərdə ən aktual mövzu kimi psixoloq, sosioloq, valideyn və müəllimlər tərəfindən mütəmadi olaraq müzakirə edilir.
Ailədə valideyn – uşaq münasibətlərinin düzgün qurulması üçün valideynlə uşaq arasında davranış qaydalarına riayət edilməsi vacibdir. Bu qaydalara əməl edilmədikdə isə bəzi xoşagəlməz hallarla - uşağın narahat, aqressiv olması, valideyni ilə daim mübahisə etməsi, digər insanlara qoşulması, hətta özünə suiqəsd etmə halları ilə rastlaşırıq.
Təqdimatda qeyd etdiyimiz qaydalara valideynlər tərəfindən riayət edilərsə uşaqları narahat edən ciddi problemlərin qarşısını almaq olar.