Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin əlaqələndirməsi və PM Akademiya - Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə onlayn vebinar keçirilib
Paylaş:
27 fevral 2021-ci il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin əlaqələndirməsi və PM Akademiya- Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planının 5.1.4. bəndinə əsasən Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə uşaq mütəxəssislərinə və psixoloqlara Almaniyadan dəvət edilmiş uzman psixoloq, doktor Mehmet Aslanın iştirakı ilə “Mərkəz psixoloqlarının benefisiar analizi“ mövzusunda onlayn vebinar keçirilib.
Vebinar zamanı xidmətlərə cəlb edilmiş benefisiarlarla psixoloji analiz aparılan zaman mütəxəssislərin üzləşdikləri çətinliklər və həlli yolları öyrənilib.
Dəvət olunmuş təlimçi psixoloji analiz aparılmasının vacibliyi barədə təqdimatla çıxış edərək iştirakçıları məlumatlandırıb.