Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi və Bərdə Peşə liseyinin təşkilatçılığı ilə uşaq və gənclərlə işləyən mütəxəssislərə“Konfliktlər və onların həlli yolları“ mövzusunda onlayn vebnar keçirilmişdir

1 mart 2021

Paylaş:

01 mart 2021-ci il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi və Bərdə Peşə liseyinin təşkilatçılığı ilə, fərdi təlimçi Bəxtiyar Aslanov tərəfindən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə 4.4.34 bəndi əsasında şəhər və rayonlarda asudə vaxtın səmərəli təşkili məqsədilə yeniyetmə və gənclərə xidmət göstərən dövlət müəssisələrinin fəaliyyətinin inkişaf etdirilməsi, bu sahədə çalışan mütəxəssis və əməkdaşların biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə 30 nəfər uşaq və gənclərlə işləyən mütəxəssislər ilə “Konfliktlər və onların həlli yolları“ mövzusunda onlayn vebinar keçirilmişdir.

Vebnar zamanı iştirakşılar fərdi təlimçi tərəfindən münaqişə prosesinin yaranması, münaqişənin soğan həlqəsi tək bir neçə qatdan ibarət olması, münaqişənin və ya konfliktin idarə olunması, münaqişələr zamanı maraq və ehtiyacların idarə olunması barədə məlumatlandırıldı.Konfliktlərin həlli yolunda atılacaq addımlar barədə maraqlı müzakirələr edilmişdir.

İştirakçı  Allahverdiyeva Aytən müzakirəyə qoşularaq Qarabağ müharibəsindən sonra müharibə depressiyası almış insanların səbirsiz olması, daha çox məişət zəminində konfliktlərin baş verməsi barədə fikrini bildirmişdir.