"Azərbaycan Respublikasında Məişət Zorakılığı ilə Mübarizə" adlı maarifləndirici vebinar keçiriləcək

5 mart 2021

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.6-cı bəndinin icrasını təmin etmək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə iştirakı ilə “Azərbaycan Respublikasında Məişət Zorakılığı ilə Mübarizə” adlı maarifləndirici vebinar təşkil olunacaqdır.

Vebinar 05 mart 2021-ci il  tarixdə saat 17:15-də onlayn qaydada keçiriləcəkdir. Görüşdə Dövlət Universitetinin pedoqoji və tələbə heyətinin, Komitənin isə Hüquqi-təminat şöbəsinin aparıcı məsləhətçisi Xəyalə Əsgərli və Qadın Problemləri və Gender məsələləri şöbəsinin baş məsləhətçisi Sevinc Məmmədovanın iştirakları nəzərdə tutulmuşdur.