“Ailə dəyərlərini qoruyaq” adlı vebinar keçirilib

18 fevral 2021

Paylaş:

Erkən nikah, məişət zorakılığı hallarının qarşısının alınması, sağlam həyat tərzinin təbliği və ailə institutunun gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, 18 fevral 2021-ci il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən valideyinlərin iştirakı ilə “Ailə dəyərlərinin qorunması” adl vebinar keçirilib.

Sosial iş üzrə mütəxəssis Sevinc Əliyeva iştirakçılara  möhkəm təməllər üzərində qurulan ailə üçün  əsas elementlərin nələrdən ibarət olduğunu izah edərək ailə üzvləri arasında sevgi, qarşılıqlı hörmət, dostluq, inam, bir-birini dinləmə və qərar verərkən bir-birinə güzəştə getmənin vacib olduğunu bildirib və qeyd edib ki,  ailə ortaq maraqlar əsasında qurulmalı, sağlam ailə münasibətləri qorunmalıdır.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.