Erkən nikahla mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirildi
Paylaş:
18 fevral 2021-ci il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə erkən nikahla bağlı maarifləndirmə məqsədilə “Erkən nikahın fəsadları” mövzusunda valideynlərin iştirakı ilə onlayn vebinar keçirilib.
Seminarda uşaqların erkən yaşda ailə qurmağa məcbur edilməsinin təhsildən yayınma və digər mənfi nəticələrə səbəb olduğu vurğulanıb və gələcəkdə sağlam ailələrin qurulması, sağlam nəslin yetişdirilməsi üçün erkən nikarların qarşısının alınmasının vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda mövzuya dair maarifləndirici videoçarxlar nümayiş etdirilib.