Vətəndaşların onlayn qəbulu keçirildi

25 fevral 2021

Paylaş:

25 fevral 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova vətəndaşların onlayn formatda qəbulunu keçirib.

Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunan qəbulda sağlamlıq imkanları məhdud uşaqların müayinəsi və müalicəsi, özünüməşğulluq məsələləri və qadın sahibkarlığının inkişafı, miqrasiya problemləri, yaşayış şəraitinin yaxşlaşdırılması və digər vacib məsələlər ilə bağlı ərizə, təklif və müraciətlərə baxılıb.

Qəbulda vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülməsi istiqamətində tapşırıqlar verilib.