“Qan qohumları arasında nikah və onun fəsadları” adlı buklet çap edildi
Paylaş:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Qan qohumları arasında nikah və onun fəsadları” adlı buklet çap olunub.