Dövlət Komitəsinin sədr müavini vətəndaşları onlayn qəbul edəcək

22 fevral 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova  25 fevral 2021-ci il tarixində vətəndaşların onlayn qəbulunu keçirəcək.

Onlayn qəbul Göygöl  Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunacaq və Gəncə şəhəri, Şəmkir, Yevlax rayonlarından olan  vətəndaşların ərizə, təklif və müraciətlərinə baxılacaq. Qəbulun saat 10:00-dan 13:00-dək keçirilməsi nəzərdə tutulur.

Əlavə suallar yarandıqda Göygöl  Uşaq və Ailələrə Dəstək Mərkəzinə (əlaqə nömrəsi: 022 205 34 03 ) və ya Komitənin Kadr və kargüzarlıq şöbəsinə (əlaqə nömrəsi: 012 498 00 92) müraciət edə bilərsiniz.