“Erkən nikaha son deyək! ”adlı onlayn görüş keçirilib
Paylaş:
15 fevral 2021-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Erkən nikaha son deyək! ” adlı onlayn görüş keçirilib.
Görüşdə Qəbələ UADM-nin sosial iş üzrə mütəxəssisləri, Qəbələ Rayon Polis Şöbəsinin uşaq məsələləri üzrə inspektoru Zamiq Nadirov, Qəbələ Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Anar Şirinov, Gənclər İdman İdarəsinin rəhbəri Fəxri Soltanov və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak edib.
Görüş zamanı erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırılmalar və bu problemin qarşısının alınması məqsədilə son illərdə həyata keçirilən tədbirlərdən danışılıb.
Görüşdə erkən nikahın ailə quran cütlüklərin psixologiyası və sağlamlığında böyük fəsadlara yol açdığı qeyd olunub. Eləcə də belə hallar yarandıqda hər iki tərəfin qanun qarşısında məsuliyyətə cəlb olunması və digər hüquqi tənzimləmələr haqqında da iştirakçılara məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.