“Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsi çərçivəsində iclas keçirildi

18 fevral 2021

Paylaş:

BMT-nin İnkişaf Proqramı, BMT Qadınlar Təşkilatı, Cənub Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə həyata keçirdiyi 2018-2021-ci illəri əhatə edən “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsi çərçivəsində 18 fevral 2021-ci ildə virtual formada layihədə iştirak edən tərəflərin iclası keçirilib.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Sədaqət Qəhrəmanova, BMT-nin Qadınların Statusu üzrə Komissiyasının Gürcüstan üzrə Ölkə Nümayəndəsi xanım Tamar Sabedaşvili, BMT İnkişaf Proqramının Azərbaycan üzrə Rezident Nümayəndəsinin müavini xanım Charu Bist, Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisinin  regional direktorunun müavini Alberto Hernandez, Sabirabad, Qusar və Xəzər rayonlarının İcra Hakimiyyəti rəhbərlərinin müavinləri və  Dövlət Komitəsinin Xarici əlaqələr və  protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova iştirak edib. 

İclasda “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsinin qiymətləndirilməsinin ilkin məlumatlarının təqdimatı keçirilib, eyni zamanda  əldə olunan nailiyyətlər və gələcək planlar müzakirə olunub.

Görüş zamanı layihə gedişində Sabirabad, Qusar və Xəzər rayonlarında açılan Qadın Resurs mərkəzlərinin işi yüksək qiymətləndirilib. Azərbaycanda qadınların rəsmi əmək bazarına cəlb olunması vasitəsilə onların iqtisadi fəallığını artırmaq üçün maarifləndirmə kampaniyası aparılıb və sosial cəhətdən təcrid olunmuş qadınların məşğulluq imkanlarını artırmaq üçün onların ilkin peşəkar bacarıqları yaxşılaşdırılıb.

Qeyd olunub ki,  qadınların vətəndaş cəmiyyətində fəallığının dəstəklənməsi üçün vasitə olan Qusar və Xəzər Qadın Resurs Mərkəzləri  “Qadınların sosial inkişafına dəstək”  İctimai Birliyi adı altında Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib.