İctimai nəqliyyat vasitələrində uşaq hüquqlarının təşviqi məqsədilə maarifləndirici posterlər nümayiş etdirilir

17 fevral 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin qarşısının alınması, uşaqların sağlamlığına təsir göstərən ekoloji, məişət və qida problemlərinin aradan qaldırılması, bu istiqamətdə valideyn məsuliyyətinin gücləndirilməsi, uşaqlara diqqətin, eləcə də əhalinin, xüsusilə yeniyetmələrin erkən nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin daha da artırılması ilə bağlı müvafiq dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq ictimai maarifləndirmə tədbirləri həyata keçirilir.

Qeyd olanları nəzərə alaraq, əməkdaşlıq çərçivəsində Bakı Nəqliyyat Agentliyinə məxsus olan ictimai nəqliyyat vasitələrinin reklam monitorlarında ailə, qadın və uşaq məsələlərinə dair məlumatlandırıcı posterlər nümayiş etdirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tərtib edilmiş “Narkotiklər yoxsa həyat” və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi ilə birgə təşəbbüs nəticəsində hazırlanmış “Valideyn qayğısı – usaqların təhlükəsizliyi”, “Uşaqları sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qoruyaq!”,  “18 yaşadək evlilik - uşaq evliliyidir! ...”,  “Sizin qızınız olacaq!” mövzusunda elektron posterlər 1, 2, 3, 88A, 7A, 7B, 13, 14, 17, 88, 125, 127 nömrəli müntəzəm marşrutlar və M2, M2A, M3, M8 nömrəli ekspres xətlər üzrə fəaliyyət göstərən avtobusların monitorlarında yayımlanaqdadır. Cari ilin 12 fevral tarixindən etibarən başlanılmış yayımlanmanın iki ay müddətində davam etdirilməsi nəzərdə tutulur.