Dövlət Komitəsi yanında İctimai Şuraya seçki üçün vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı başa çatıb
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün keçiriləcək seçkidə iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı başa çatmışdır. 26 yanvar 2021-ci il tarixindən 09 fevral 2021-ci il tarixinədək müraciət edən 98 vətəndaş cəmiyyəti institutu qeydiyyata alınmışdır.
Xatırladaq ki, Dövlət Komitəsi yanında İctimai Şuraya seçki ilə bağlı səsvermə 19 fevral 2021-ci il tarixində saat 10:00-dan – 15.00-dək Azərbaycan Dövlət Pedaqoji Universitetinin böyük akt zalında (Üzeyir Hacıbəyli, 68) keçiriləcək.
Qeyd edək ki, seçkidə iştirak etmək üçün müraciət edən 21 nəfərin namizədliyi təsdiq edilib.
1. Sahib Məmmədov - “Vətəndaşların əmək hüquqlarını müdafiəsi liqası”
2. Fərhad Abdulov - “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi
3. Nübar Nizamova - İctimai fəal vətəndaş
4. Əntiqə Qurbanova - “D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəm iyyəti İctimai Birliyi
5. Lyudmila Xəlilova - “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi
6. Mehriban Zeynalova - “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi
7. Fariz Əkbərov - “Azərbaycan Uşaqları” İctimai Birliyi
8. Nailə İsmayılova - “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi
9. Afaq Əhmədova - Beynəlxalq Sülh Araşdırmalar və İnkişaf İnstitutu
10. Vəfa Abbasova - “Azərbaycan Qadınları Respublika Cəmiyyəti”
11. Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondu
12. Rahilə Mehtiyeva -“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi
13. Fərid Məlikov - “İqtisadi və Sosial Təşəbbüslərdə Tərəfdaşlıq” İctimai Birliyi
14. Fəridə Vəliyeva - “Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyi
15. Kəmalə Aşumova - Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi
16. Qəmzə Yusubova - Ekoloji Maarifcilik və Monitoring İctimai Birliyi
17. Zərif Mehtiyeva - İlham Əliyevin Könüllüləri İctimai hərəkatının məsul şəxsi
18. Məmmədhəsən Həsənov - “Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyi
19. Elnarə Məhərrəmova - “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İB
20. Hafiz Həsənov - “Hüquq və inkişaf” İctimai Birliyi
21. Mirəli Hüseynov - “Demokratiyanı Öyrənmə” İctimai Birliyi